RƏSMİ

22 Fevral

Müəllimə 5 min manat mükafat - SƏRƏNCAM

Naxçıvan Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərov mükafatlandırılıb.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə Zahid Paşa oğlu Qənbərova muxtar respublikanın Ali Məclis sədrinin mükafatı (beş min manat) verilib.