Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Fins.az-ın məlumatınagörə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirmək və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat vermək tapşırılıb.