RƏSMİ

14 phrase_var_core.february

Mərkəzləşdirilmiş karyera portalı yaradılacaq

Azərbaycanda əmək bazarında ayrı-ayrı peşə və ixtisaslara tələbat barədə dolğun və real məlumatları özündə əks etdirən Mərkəzləşdirilmiş Karyera Portalı yaradılacaq.

Fins.az xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinə tapşırıqlar verilib.