RƏSMİ

12 Fevral

"Sabiq bank işçisi nazirə müşavir təyin edilib"

Təhsil naziri Ceyhun Bayramova yeni müşavir təyin olunduğu bildirilir. 

 

Məlumata görə, Nazirin əmri ilə Anar Nəcəfli müşavir təyin olunub.

 

Anar Nəcəfli bu vaxtadək nazirlikdə sektor müdiri vəzifəsində çalışıb.  Bundan əvvəl isə o uzun müddət bank sektorunda çalışıb.

 

Qeyd edək ki, Anar Nəcəfli “Nə? Harada? Nə zaman?” intellektual oyununda Azərbaycanı təmsil edən komandanın üzvlərindən biridir.

© "Banker"