RƏSMİ

09 Fevral

Maliyyə naziri: "Büdcə parametrlərinə yenidən baxmağa ehtiyac yoxdur"

“Dünya bazarlarında neftin ucuzlaşması səbəbindən 2020-ci il dövlət büdcəsinin parametrlərinin yenidən baxılmasına ehtiyac görülmür”.

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, neftin ucuzlaşması onun yenidən bahalaşmasını istisna etmir: “Büdcədə neftin qiyməti çox ehtiyatlı bir səviyyədə müəyyən edilib və təşvişə ehtiyac yoxdur”.