RƏSMİ

06 Fevral

Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları Çindən təxliyə olunan azərbaycanlılarla görüş keçirib.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, təxliyə edilənlərin istəkləri yerinə yetirilib.

Hazırda onların vəziyyətlərində problem aşakarlanmayıb, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, fevralın 1-də Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Türkiyə öz vətəndaşları ilə yanaşı, Azərbaycan vətəndaşını da təxliyə edib. Həmin şəxslər əsasən tələbələrdir. Onlar 14 gün müddətində karantində saxlanılacaq.