Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Fins.az-ın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə publik hüquqi şəxs statusu verilib.