RƏSMİ

05 Fevral

Vilayət Eyvazov DYP rəisini işdən çıxartdı

Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.

Fins.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, Q.Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.