RƏSMİ

03 Fevral

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin olunub

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.

Fins.az-ın xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.

©Report