Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 1-də Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, Report Agentliyinin məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilib.