Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr təyinatı ilə bağlı yeni əmr imzalayıb.
Fins.az-ın verdiyi xəbərə görə, nazirin əmri ilə Gəncə ŞBPİ Cinayət Axtarış idarəsinin rəisi, polis polkovnik-leytenantı Aslanov Çingiz Rauf oğlu vəzifəsindən azad edilərək Gəncə ŞBPİ-nin Əməliyyat işləri üzrə rəis müavini təyin olunub.
O, daha əvvəl isə Sumqayıt Şəhər Polis idarəsinin Cinayət Axtarışı şöbəsinin rəis müavini olub.
Qeyd edək ki, Gəncə ŞBPİ-nin bundan öncəki rəis müavini Müqabil Abdıyev nazirin əmri ilə Göygöl rayon polis şöbəsinə rəis təyin olunub.