RƏSMİ

23 Yanvar

Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib

Prezident İlham Əliyev Vaqif Şadlinskinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamla Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib.