RƏSMİ

15 Yanvar

Dövlət büdcəsinin kəsiri proqnozlardan - 9 DƏFƏ AZ OLUB

2019-ci ildə dövlət büdcəsinin kəsiri proqnozlaşdırılanlardan az olub. 

Fins.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil etmişdir ki, bu da proqnozlaşdırılan 2022,0 mln. manat kəsirdən 1816,8 mln. manat və ya 9,9 dəfə azdır.

Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilmişdir.

© Report