RƏSMİ

08 Yanvar

Vilayət Eyvazov polkovniki işdən çıxardı

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Fins.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Balakişi Əhmədov tutuduğu vəzifədən azad edilib. O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.