Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.
Prezidentin digər bir sərəncamı ilə, Vüqar Cəbrayıl oğlu Əhmədov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Ötən ilin Sentyabr ayında Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Həmin vaxtdan bəri “Azərişıq” ASC-nin sədri vəzifəsi boş idi.