RƏSMİ

28 Dekabr

Xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların yaş həddi 15-ə endirilib

Nazirlər Kabineti "Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 20 oktyabr qərarına dəyişiklik edib.

Fins.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin 2015-ci il 20 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”na edilmiş dəyişikliyə əsasən bundan sonra xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi xidmətin yerli idarə, şöbə və bölmələrində 15 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılacaq və namizədlərin siyahısı hazırlanacaq.