Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, Sərəncam Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alınıb.
Sərəncama əsasən, 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq ediləcək.
- Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
- Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
- Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
- Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
- Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilib və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".