RƏSMİ

23 Dekabr

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Fins.az-ın  məlumatına görə, saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq elan edilib.

Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 41462 namizəd iştirak edir. Namizədlərin üç-də biri 13 siyasi partiyanın nümayəndələri, üçdə ikisi isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır. Ümumilikdə, 1606 bələdiyyəyə 15156 üzv seçiləcək.