RƏSMİ

19 Dekabr

2020-ci ildə qeyri-neft sektoru üzrə gəlirlər PROQNOZLAŞDIRILDI

Fins.az-ın məlumatına görə, 2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin artım templəri 2018- ci ilin faktiki və 2019-cu ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə belə olacaq

Neft sektoru üzrə 2018-ci illə müqayisədə 1 faiz (129,5 milyon manat ) artım, 2019-cu ilin gözlənilən icrası ilə müqayisədə isə 1,2 faiz (170,3 milyon manat) azalma nəzərdə tutulur. Qeyri-neft sektoru üzrə isə müvafiq olaraq 2018-ci illə (fakt) müqayisədə 16,4 faiz və ya 1496,1 milyon manat, 2019-cu illə (proqnoz) müqayisədə isə 12 faiz və ya 1136,8 milyon manat artım proqnozlaşdırılır.