Son iqtisadi proseslər kredit bazarı üçün təsirsiz ötüşmədi. Nağd pul kreditlərinin azaldığı bu günlərdə, ipoteka krediti verən bankların da sayında azalma müşahidə olunur. Dövlət İpoteka Fondu xətti ilə ipoteka kreditəri hələ ki ayrılmadığı üçün, daxili ipoteka verən bankları araşdırdıq.
Fins.az "Banco"-ya istinadən, sizlərə həmin bankları və kredit şərtlərini təqdim edirik:
Bank |
Faiz |
İlkin ödəniş |
Məbləğ |
Müddət |
Əlavə məlumat |
AccessBank |
24-25 |
30% |
10000-150000 |
2 il |
İş yerindən arayış təqdim olunmalıdır. Təminat olaraq girov və zamin tələb olunur. |
Azər Türk Bank |
10% |
10% |
- AZN |
10 il |
İpoteka krediti "FVS İnşaat"ın Neftçilərdə dekabrda təhvil veriləcək binası üçün nəzərdə tutulub. Kreditin məbləğinə mənzilin qiyməti müəyyənləşdirildikdən sonra baxılır. |
Beynəlxalq Bank |
10% |
10% |
- AZN |
20 il |
İpoteka kreditləri Kristal Abşeron, Şərur MTK, 21-ci əsr, Bakıxanov Rezidens, Xəzər İnşaat, Grand Hayat şirkətlərin təklif etdiyi mənzil əsasında verilir. Kristal Abşeronda ilkin ödəniş tələbi yoxdur. |
Qeyd, məlumatlar banklarla əlaqə saxlanılaraq öyrənilmişdir.