30 Oktyabr

Sistem əhəmiyyətli banklar yeni qayda ilə müəyyən olunacaq – QƏRAR

Azərbaycanda sistem əhəmiyyətli banklar yeni qayda ilə müəyyən olunacaq. Fins.az-ın məlumatına görə, bu barədə qərar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iyunun 8-də keçirilən iclasında qəbul edilib.

İclasda Bankların sistem əhəmiyyətliliyinin müəyyən edilməsi metodologiyası təsdiq edilib.

İclasda bildirildi ki, hazırlanmış metodologiya bankların sistem əhəmiyyətliliyi, maliyyə göstəriciləri, inklüzivlik (maliyyə vasitəçiliyində rolu) və ölkənin bank sektorunun spesifikası nəzərə alınmaqla Beynəlxalq Hesablaşmalar Bankının bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi standartlar və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb.