Nağdsız əməliyyatların günü-gündən artması əhali arasında plastik kartlara olan marağı artırıb. Bunu nəzərə alan Fins.az oxşar məzmunlu növbəti 3 kartı müqayisə edib.
Müqayisə üçün Amrahbankın“Yubiley kartları”, DəmirBankın “Plastik Kartla Yiğim Əmanəti” və Kapital Bankın “BirKart” məhsulu seçilib. Hər 3 kart özündə debet və depozit kartlarının xüsusiyyətlərini birləşdiri, yəni kartdakı vəsaitlər istifadə edilmədikdə onlar sahibinə əlavə gəlir gətirir.
Eləcə də bax: Kartların savaşı: «Kartmane», «Albalı Plus», və «Mycard»- HANSI SƏRFƏLİDİR?
Bankların hər biri öz kartını bazarda ən sərfəli variant kimi təqdim edir. Amma hansı kartın daha sərfəli variant olduğu müqayisədən məlum olur. Qeyd edək ki, müqayisə kartların əsas göstəriciləri – qiyməti, müddəti, depozit funksiyasının gətirəcəyi gəlirin səviyyəsi, nağdlaşdırma komissiyası, internet və mobil bankinq imkanların olub-olmaması və digər xüsusiyətlər üzərində aparılıb. Həmçinin məqalənin davamında BirKartın kredit, taksit, bonus kartı kimi xüsusiyyətləri də əks olunub.
Aşağıdakı cədvəldə 3 debet kartın depozit imkanlarının müqayisəli təhlili ilə tanış ola bilərsiniz.
Kartın adı |
Yubiley kartları |
Plastik Kartla Yiğim Əmanəti |
BirKart |
Aid olduğu Bank |
Amrahbank |
Dəmir Bank |
Kapital Bank |
Qiyməti |
pulsuz |
pulsuz |
pulsuz |
Müddəti |
1 il |
1 il |
3 il |
Valyutası |
AZN, USD, EURO |
AZN, USD |
AZN |
Kartın növləri |
Visa Classik, Visa Gold və Mastercard Platinum |
Cirrus/Maestro kartı |
Visa Platinum, Visa Classic, Visa Gold |
Kartın xüsusiyyəti |
Debet,depozit |
Debet,depozit |
Kredit, taksit, maaş, pensiya, depozit, bonus və debet kartı |
Nağdlaşdırma faizi |
1% min. 1 AZN/USD/EURO |
0 |
0 |
İlkin minimal mədaxil |
Visa Classik -100 AZN/USD Visa Gold – 500 AZN/USD/EUR Mastercard Platinum -1000 AZN/USD |
50 AZN / USD |
- |
Sms məlumatlandırma |
Aylıq 1.30 AZN |
Illik 9 AZN |
pulsuz |
Mobil bankinq |
Illik 10 AZN |
yoxdur |
pulsuz |
İnternet bankinq |
İllik 10 AZN |
Illik 5 AZN |
pulsuz |
Depozit faizlərin hesablanması |
Faizlər qalıq məbləğə aylıq oturulur |
Faizlər qalıq məbləğə aylıq oturulur |
Faizlər qalıq məbləğə aylıq oturulur* |
Digər bankomatlarda nağdlaşdırma faizi |
1.5%- Azericard prossesinq mərkəzinə daxil olan bankomatlarda min. 2 AZN, Millikartda isə bankomatlar vasitəsilə min.3.5 AZN, Pos-terminallar vasitəsilə min. 5 AZN/USD/EURO |
1.5%- Millikart prossesinq mərkəzinə daxil olan bankomatlarda min. 1.5 AZN, Azericardda isə min. 3.5 AZN |
1.5%- min. 3.5 AZN |
Kartlar üzrə hesabdakı qalığa faiz dərəcəsi aşağıdakı kimi hesablanır:*Depozit faziləri ayda 1 dəfə və minimum 1 AZN olmaqla, BirKart hesabına köçürülür. Depozit faizləri gündəlik olaraq kartdakı qalıq məbləğə hesablanması üçün, balansınızda minimum 50 AZN vəsait olmalıdır.
Kapital Bank- BirKart |
|||
Kartın növü |
Visa Classic |
Visa Gold |
Visa Platinum |
İllik faiz |
1% |
2% |
3% |
DəmirBank-Plastik Kartla Yığım Əmanəti |
||
Məbləğ |
AZN |
USD |
1 000 -ə qədər |
4% |
3% |
1 000-dən yuxarı |
5% |
3% |
Amrahbankın Yubiley kartlarında isə faizlər qalıq məbləğə illik 5%-lə hesablanır və faizlər hesaba aylıq oturulur.
BirKart Kredit Kartı kimi
BirKartla 40 günədək güzəşt müddəti olan 10.000 AZN-dək kredit xətti əldə etmək mümükündür. Kartın müddəti 36 ay, ödəniş müddəti isə 60 ay təşkil edir.
Kapital bank- BirKartın kredit limiti |
|||
|
Visa Classic |
Visa Gold |
Visa Platinum |
Minimal Kredit limiti (AZN) |
300 |
3000 |
7000 |
Maksimal Kredit limiti (AZN) |
2999 |
6999 |
10 000 |
|
|
|
|
BirKart Taksit kartı kimi
Birkartın taksit kart xüsusiyyəti də var.
BirKart-la partnyor mağazalarında istənilən məhsulu alıb, dəyərini hissə-hissə ödəmək mümkündür. Xərclənən məbləğ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 və ya 18 aya bölünməklə, bərabər hissələrlə ödənilir.
Ödəniş forması:
Maaş və ya pensiya məbləğinin karta köçürüldüyü tarixə uyğun olaraq 3 ödəniş intervalından birini seçmək mümkündür:
Hər ayın 1–10 aralığı (10-u daxil)
Hər ayın 11-20 aralığı (20-si daxil)
Hər ayın 21-dən ayın son tarixi (ayın son günü daxil)
İllik faiz dərəcəsi:
Partnyor əməliyyatları üzrə - 0%
*Bəzi partnyor mağazaları istisna olmaqla.
BirKart Bonus kartı kimi
BirKart sahibinə həmçinin bonuslar qazandırır. Bonusları pula çevirib, yenidən xərcləyə bilərsiniz. Bonus məbləği kartın növündən aslıdır. Aşağıdakı cədvəldə kartın növü və hesablanan bonus faizini öyrənə bilərsiniz.
Əməliyyat növü |
Visa Classic |
Visa Gold |
Visa Platinum |
Taksit əməliyyatı |
0,40% |
0,45% |
0,50% |
Nağdsız ödənişlər |
0,20% |
0,25% |
0,30% |
Qazanılan bonus 13 ay ərzində istifadə edilməlidir. 3 ay ərzində istifadə olunmadıqda bonus balansı sıfırlanır. Bankın bankomatlarından bonus balansını yoxlamaq müümkündür. Əməliyyat zamanı bonuslardan istifadə olunub-olunmaması istəyə əsasən müəyyən olunur, istifadə olunmuş bonusa yenidən bonus hesablanmır.
Bonusların istifadə olunması aşağıdakı kimidir:
Kapital Bank-ın POS terminalında |
1 bonus = 1 AZN |
Kapital Bank-da hər hansı xidmət üzrə komissiya ödənilməsi |
1 bonus = 3 AZN |
Kapital Bank ATM-lərində |
1 bonus = 0.5 AZN |