30 Oktyabr

«Turanbank»da yeni təyinat

«Turanbank»ın hüquq departamentinə yeni direktor təyin edilib. Fins.az-ın məlumatına görə, bu vəzifəyə Murad Mirzazadə təsdiqlənib. Bankın saytındakı məlumatına görə, indiyədək M.Mirzəzadə həmin departamentin direktoru vəzifələrini müvəqqəti icra edib.

"Turanbank"da 4 departament var. Hazırda proseslərin idarə edilməsi və filiallarla iş departamentlərinə direktorlar təyin edilməyib. Bu departamentlərin rəhbərləri vəzifələrini müvəqqəti olaraq Elşad Nuriyev və Elbrus Hümbətov icra edirlər.