“Azərbaycan Kredit Bankı” ASC və “Eurobank” ASC-nin aktivlərinin hamısı açıq hərraca çıxarılıb. Fins.az xəbər verir ki, bunu adı çəkilən banklara ləğvedici təyin olunmuş “Azerbaijan İnternational Consultinq Company” MMC-nin direktoru Natiq Yusifoğlu bildirib. Onun sözlərinə görə, hərraca çıxarılan aktivlərin böyük bir hissəsi də artıq satılıb: “Satışdan əldə olunan vəsait Mərkəzi Bankdakı xüsusi hesaba toplanılır. Bundan sonra isə əmanətçilərə proporsional faizlə paylanılır".
Mənbə: apa