Azərbaycan banklarının müştərilərinə təklif etdiyi “İnternet Bankinq” xidmətinin nə dərəcədə təhlükəsiz olması araşdırılıb. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, araşdırmanı informasiya texnologiyalarının təhlükəsizliyini təyin və təmin edən High-Tech Bridge (HTB) və Qualys beynəlxalq araşdırma şirkətləri aparıb. Onların internet səhifəsində banklarımızdan 14-nün “İnternet Bankinq” xidmətinin təhlükəsizlik göstəricisini müəyyən edən pəncərə yaradılıb.
Sirr deyil ki, hakerlər banka məxsus məxvi məlumatları ələ keçirmək üçün onların ictimaiyyət üçün nəzərdə tutulmuş xidmətlərindən yararlanır, saytlarına hücum edirlər. Bu baxımdan bankın internet səhifəsinin yerləşdiyi veb-serverin, o cümlədən “İnternet Bankin”in təhlükəsizliyi olduqca vacibdir.
Beləliklə, High-Tech Bridge (HTB) və Qualys şirkətlərinin apardıqları araşdırmalardan sonra gəldikləri nəticələri təqdim edirik.
№
|
Kommersiya bankının adı |
İnternet Bankinqin ünvanı |
HTB |
Qualys |
1 |
“AGBank” |
https://online.agbank.az |
A+ |
A |
2 |
“Azərbaycan Beynəlxalq Bankı” |
https://hbservice.com/ |
A+ |
A |
3 |
“Amrahbank” |
https://hbservice.com |
A+ |
A |
4 |
“Accessbank” |
https://myaccess.az |
A+ |
A- |
5 |
“Unibank” |
https://online.unibank.az |
A+ |
A- |
6 |
“Rabitəbank” |
https://hbservice.com |
A+ |
A |
7 |
“Bank of Baku” |
https://e-bankofbaku.com |
B- |
C |
8 |
“Nikoil Bank” |
https:// ibank.nikoil.az |
B |
B |
9 |
“Dəmirbank” |
https://ibanking.millikart.az |
C+ |
C |
10 |
“United Credit Bank” |
https://hbservice.com |
A+ |
A |
11 |
“Expressbank” |
https://ibanking.millikart.az |
C+ |
C |
12 |
“Kapital Bank” |
https://e–banking.kapitalbank.az/ |
B+ |
A- |
13 |
“Yapı Kredi Bank (Azərbaycan)” |
https://intbank.yapikredi.com.az/ |
C |
C |
14 |
“PAŞA Bank” |
https://ib.pashabank.az |
A+ |
A |
Cədvəldən göründüyü kimi, “Azərbaycan Beynəlxalq Bankı”, “Amrahbank”, “Rabitəbank”, “United Credit Bank”, Expressbank” və “Dəmirbank” müstəqil “İnternet Bankinq”ə sahib deyil. Onlar bu xidməti “AzeriCard” və “Millicart” prosessinq mərkəzinin vasitəsilə göstərirlər.
Özünün ayrıca “İnternet Bankinq”i banklara gəlincə isə, onlardan 4-nə “HTB” şirkəti “A+” qiyməti (ən yüksək dərəcə) verib. Bunlar “Accessbank”, “AGBank”, “PAŞA Bank” və “Unibank”dır.
“Qualys” şirkəti isə prossesinq mərkəzlərindən asılı olmayan banklar arasında ən yüksək qiyməti (“A”, “A-”) 4 banka verib. Bunlar “Accessbank”, “AGBank”, “PAŞA Bank” və “Unibank”dır.
Bundan başqa, “Nikoyl Bank” və “Kapital Bank” da nəticələri nisbətən yaxşı olan banklar arasındadır. “Bank of Baku” və “Yapı Kredi Bank”a məxsus “İnternet Bankinq”in təhlükəsizliyi isə zəif qiymətləndirilib.