30 Oktyabr

Dollarla əməliyyatlara nəzarət sistemi yaradılır - AZƏRBAYCANDA

Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib. Fins.az-ın xəbərinə görə, iddiaçı ilə xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender üzrə satınalınma müqaviləsi 6 aylıq bağlanacaq.

Prosedur martın 1-də Mərkəzi Bankda keçiriləcək.

İddiaçı tender təklifi və tender təklifinin bank təminatını möhürlənmiş, imzalanmış yazılı surətini fevralın 29-dək, digər tələb olunan sənədləri isə ən geci fevralın 18-dək təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı kimi Mərkəzi Bankın hesabına 200 manat məbləğində pul köçürülməlidir.