Amerikanın nəhəng banklarından biri olan "JPMorgan Chase" bankomatdan yalnız plastik kartla deyil, mobil telefonun köməyi ilə pul çıxarmaq imkanını yaratmaq üçün bankomatlarını müasirləşdirir. Fins.az xəbər verir ki, yeni xidmət bu ildən işə düşəcək və müştərilər plastik kart olmadan da bankomatdan pul çıxara biləcəklər. Bu zaman müştəridən yalnız mobil tətbiqetmə ilə uyğunlaşdırılmış şifrəni daxil etmək tələb olunacaq. Gələcəkdə "JPMorgan Chase" bankomatları NFC texnologiyası ilə zənginləşdiriləcək ki, bu da telefonun bankomata sadəcə yaxınlaşdırılması ilə nağdlaşdırma həyata keçirmək mümkün olacaq.
Bundan əlavə, nağdlaşdırmaq üçün təyin edilmiş limit 3 min ABŞ dollarınadək artırılacaq. Lakin bunu bank bölmələrində yerləşən bankomatlarda və iş saatları ərzində həyata keçirmək mümkün olacaq. Məşhur bankın yenilənmiş bankomatları, həmçinin çek nağdlaşdıra, ipoteka və kredit kartı üzrə ödənişləri qəbul edə biləcək. Bank öz bankomatlarını müasirləşdirməklə kassirlər tərəfindən icra edilən əməliyyatların sayını azaltmaq niyyətindədir.