30 Oktyabr

“Bank Avrasiya” mənfəətlə işləyib

2015-сi ilin yekununa görə, “Bank Avrasiya”nın cəmi aktivləri 123,3 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 28,6% çoxdur. İl ərzində bankın cəmi öhdəlikləri 62,3% artaraq 72,2 milyon manat, cəmi kapitalı isə 0,5% azalaraq 51,1 milyon manat olub.

İlin yekununda “Bank Avrasiya”nın kredit portfeli 36,5% artaraq 80 milyon manata çatıb. Bankın depozit portfeli isə 82% artaraq 29,2 milyon manata yüksəlib.

Hesabat dövründə “Bank Avrasiya”nın faiz gəlirləri 24,8% artaraq 8,3 milyon manat, faiz xərcləri 3,3% artaraq 3 milyon manat, qeyri-faiz gəlirləri 97,7% artaraq 2,5 milyon manat, qeyri-faiz xərcləri isə 23,3% artaraq 3,1 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat 7,2 milyon manat olub. Bunun da 6,6 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəldilib. Bank 72 min manat mənfəət vergisi də ödəyib və ilin 510 min manat mənfəətlə başa vurub.