30 Oktyabr

Debet kart sahibləri üçün “pis” xəbər

Azərbaycanda bağlanmış banklarda debet kart hesabı olanlar da pulunu Əmanətlərin Sığortalanması Fondundan götürə bilərlər. Bu barədə fins.az-a fonddan bildirilib. Bununla belə, qurumda deyirlər ki, əmanət hesablarında olduğu kimi burada da 30 min manatlıq məhdudiyyət var. Yəni, bank müştərisi öz hesabına nə qədər pul qoymasından asılı olmayaraq maksimum 30 min manat kompensasiya alacaq. Onu da qeyd edək ki, Fond əmək haqqı və cari hesablarda olan vəsaitlərə görə də kompensasiya ödəyir.