30 Oktyabr

“Expressbank” 2015-ci ilə yekun vurdu

2015-ci ilin yekununa görə, “Expressbank”ın aktivləri 321,8 milyon manat təşkil edib. Bu barədə fins.az-a bankdan bildirilib.

Məlumata görə, il ərzində müştərilərə verilən kreditlərin məbləği isə 39,3 milyon manat və ya 16,6% artaraq 275,2 milyon manat olub.

Bankda müştəri depozitlərinin məbləği 123,7 milyon manat, o cümlədən əhalinin əmanətlərinin məbləği isə 79,6 milyon manat təşkil edib. Bu da 2014-cü ilə nisbətən 27,2% çoxdur.

Bankın məcmu kapitalı isə 138,7 milyon manat olub.