30 Oktyabr

Bağlanan bankda 40 milyon manat pulu olan əmanətçi də varmış

Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. Fins.az xəbər verir ki, bu barədə ATV-nin “İqtisadi zona” verilişinə müsahibəsində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib. Bununla belə, fond rəhbəri həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb. Xatırladaq ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.