Azərbaycan Mərkəzi Bankı (AMB) kollektiv kreditləşdirmə sistemini tətbiq etməyi planlaşdırır. Fins.az-ın məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, belə olan halda vəsaitlərin xərclənməsi üzərində məsuliyyət artacaq və nəzarət güclənəcək.
E.Rüstəmov kənd təsərrüfatının əsas növlərinin məhsullarının sığortalanması mexanizminin yaradılmasının zəruriliyini vurğulayıb: "Məsələn, əgər ABŞ-da taxılın qiyməti maya dəyərindən aşağı düşürsə, dövlət onu alır. Oxşar mexanizmi hazırlamaq lazımdır".