Bir qədər əvvəl bank lisenziyası geri alınmış «NBC bank» fəaliyyətinin bərpa edilməsi üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlara başlayıb. Fins.az-ın məlumatına görə, yanvarın 30-da isə KİV və sosial mediada "NBC bank"ın lisenziyasının bərpa edilməsi barədə xəbərlər yayılıb.
Fins.az-ın məlumatına görə, bankdan "Banker.az"a bildirilib ki, “hazırda Mərkəzi Bankla danışıqlar aparılır və yükun nəticə gələn həftə Mərkəzi Bank tərəfindən veriləcək”.
Xatırladaq ki, bəzi məlumatlara görə, lisenziyası ləğv edilmiş banklar birləşmək istəyirlər.