Azərbaycan Mərkəzi Bankının lisenziyalarını bu il ləğv etdiyi 6 bankdan bir neçəsi birləşmək üçün danışıqlar aparır.
Marjanın sektordan əldə etdiyi məlumata görə, lisenziyaları ləğv edilmiş banklar güclərini birləşdirərək yeni ad altında fəaliyyət göstərmək niyyətindədirlər.
Xatirladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli qərarı ilə “Gəncəbank” ASC-nin, AMB-nin 25 yanvar 2016-cı il tarixli qərarları ilə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin, AMB-ni 27 yanvar 2016-cı il tarixli qərarları ilə isə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib. Bəzi bankların isə birləsməsinə hazırlıq gedir.
Eləcə də bax: "AGBank" və "Dəmirbank"dan - BİRLƏŞMƏ AÇIQLAMASI
Qeyd edək ki, bağlanan bankların əməkdaşlarının işsiz qalması narazıçılıq doğurub. Həmçinin əmanətçilər narahatdırlar.