30 Oktyabr

Azərbaycanın investisiya reytinqi aşağı salındı - TƏCİLİ

«Standard Poor’s» (SP) agentliyi Azərbaycanın kredit reytinqini aşağı salıb. Fins.az-ın «Bloomberg» agentliyinə istinadən məlumatına görə, «Standard Poor’s»un qərarı ilə Azərbaycanın investisiya reytinqi indiyədək olan «BBB-»dən «BB+»a endirilib.

Agentliyinə məlumatına görə, keçmiş SSRİ-nin ərazisində 3-cü ən böyük neft ixrıcçısının kredit reytinqinin aşağa salınmasının səbəbi neftin kəskin ucuzlaşması olub. Nəticədə Azərbaycanın tarixində ilk dəfə olaraq kredt reytinqi «BBB-» səviyyəsindən «BB+»a endirilib.Reytinq üzrə proqnoz isə sabitdir.

Yerli və xarici valyutada ölkəmizin qısamüddətli reytinqi "A-3" səviyyəsindən "B" səviyyəsinə endirilib. "Bununla da, agentlik tərəfindən Azərbaycana reytinq verilən müddət ərzində ilk dəfədir ki, reytinq aşağı salınır"- deyə analitiklər xatırladır.

Bununla yanaşı, digər reytinq agentlikləri – «Fitch Ratings» və «Moody’s Investors Service» Azərbaycanın investisiya reytinqini aşağı səviyyədə olsa da sabit proqnozla saxlayırlar.

Xatırladaq ki, bir qədər əvvəl maliyyə naziri Samir Şərifov «Fitch» və «Moody's»un Azərbaycanın investisiya reytinqini aşağı sala biləcəyini istisna etməmişdi.

SP agentliyi neftin ucuzlaşması fonunda 2016-2018-ci illərdə Azərbaycanın büdcə kəsirinin olacağını proqnozlaşdırır. "Bizim fikrimizcə, xarici risklər artır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 2014-cü ilin ortalarındakı pik dövründən bəri indiyədək üçdə ikisini itirib»-deyə agentliyin bəyanatında bildirilir.
Agentlik bildirir ki, 2015-ci ildə mantın təqribən 2 dəfə ucuzlaşması və dekabrda Mərkəzi Bankın manatın məzənnəsini tənzimləməsindən imtina etməsinin fonunda Azərbaycan kapitalın hərəkətinə məhdudiyyət qoyub.