2015-ci ilin yekununa görə, “Turanbank”ın aktivləri 2014-cü illə müqayisədə 63% artaraq 536,2milyon manat təşkil edib. Bu barədə fins.az-a bankdan bildirilib. Bankın kredit portfeli isə 2014-cü ilə nisbətən 29,3% artaraq 290,5 milyon manata çatıb.
2015-ci ildə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilə nisbətən 71% artaraq 216,7 milyon manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 2014-cü ilin sonu ilə müqayisədə 83,9% artaraq 181,1 milyon manat olub.
2015-ci ilin sonuna Bankın nizamnamə kapitalı 2014-cü ilə nisbətən 6,4% artaraq 50 milyon manat, məcmu kapitalı isə 53,2 milyon manat təşkil edib.
2015-ci il ərzində Bankın gəlirləri 38,244 milyon manat, xərcləri isə 38,190 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın mənfəəti 54 min manat olub.