Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 1-nə ABŞ dollarının məzənnəsini 1,5972 manat müəyyən edib. Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, bugünki məzənnə ilə müqayisədə 0,0036 manat azdır. Son 10 gündə ilk dəfədir ki, Amerika valyutasının qiyməti 1,6 manatdan aşağı düşür.