30 Oktyabr

AG Bank: Birləşmə güclü bankın yaranmasına gətirib çıxarmalıdır

Mərkəzi Bankın sədri Elman Rüstəmovun verdiyi məlumata görə, "AGBank" və "DəmirBank" birləşmək niyyəti barədə protokol imzalayıblar. Bunu "AGBank"dan təsdiq ediblər.

Protokol bu həftə imzalanıb.

Bankdan bildiriblər ki, bu, hələ niyyətdir, yəni iki hüquqi şəxs birləşmək niyyəti barədə protokol imzalayıb:

"İki hüquqi şəxsin gələcək addımları birləşməyə və güclü bankın yaranmasına gətirib çıxarmalıdır. Hazırda fəaliyyət planı yoxdur, konsolidasiyanın formatı və müxtəlif nüanslar gələcəkdə imzalanacaq".

Mənbə: Trend