30 Oktyabr

​Elman Rüstəmov: “Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”

“Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”. Fins.az-ın “Report”-a istinadən xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır: “İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq”, - Mərkəzi Bankın sədri bildirib.