Rusiyada xarici valyutaların məzənnəsində növbəti kəskin artım baş verib. Birjaların işə düşməsindən ötən yarım saat ərzində dollar və avro 4%-ə qədər bahalaşıb. Belə ki, Fins.az-ın məlumatına görə, Moskva birjasında dolların məzənnəsi qısa müddət ərzində 3,41 rubl və ya 4,2% bahalaşaraq 84 rublu keçib və 84,81 rubla çatıb. Bu 1998-ci ildən indiyədək dolların rusiyada ən yüksəe məzənnəsidir.
Bu yarım saatda avronun məzənnəsi 3 rubldan çox artaraq 92,555 rubla çatıb. Bu da bir gün əvvəl4ki məzənnədən 4,4% yüksəkdir. Hələlik avro tarixi maksimumum yeniləməyib – belə ki, 2014-cü ilin 16 dekabrında 1 avro 100,74 rubl olmuşdu.
Rusiya Mərkəzi Bankı artıq dünən - dolların kəskin bahalaşaraqa 82 rubl olmasına münasibətini açıqlayıb. Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina bildirib ki, rublun dollara məzənnəsi baza həddinə yaxındır və Mərkəzi Bank yalnız o vact bazara müdaxilə edəcək ki, ölkənin maliyyə sabitliyinə təhlükə yaransın.
Banklar bu bəyanatı Mərkəzi BAnkın məsələyə müdaxilə etməyəcəyi kimi qəbul etdiklərindən dollara tələbat daha da artıb. Artıq ixracçı şirkətlər valyutanı satmağa tələsmirlər, digərləri isə sürətlə dollar almağa çalışırlar.
Rusiya ekspertləri valyuta bazarında baş verən prosesi əsl təşviş adlandırırlar. Tezliklə bu prosesə əhali də qoşulub dollar almağa başlaya bilər.
Bəzi ekspertlər tezliklə dolların 85 rubla, avronun isə 100 rubla satılacağını istisna etmirlər.
Qeyd edək ki, rublun dollar qarşısında zəifləməsi dünya bazarında neftin kəskin ucuzlaşması fonunda baş verir.