30 Oktyabr

Əmanətlərin tam sığortalanması "Bank of Azerbaijan"a şamil edilməyəcək

"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi "Bank of Azerbaijan" əmanətçilərinə şamil edilməyəcək. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, lisenziyası geri alınan "Bank of Azerbaijan"ın əmanətçiləri üçün kompensasiya əmanətlərin yalnız sığorta olunan hissəsinə şamil ediləcək.