30 Oktyabr

Mərkəzi Bank: "Bank of Azerbaijan"da olan əmanətlər geri qaytarılacaq

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi qəbul olunarsa, bu, ötən gün lisenziyası ləğv edilmiş “Bank of Azerbaijan” ASC-nin bütün əmanətçilərinə şamil edilməyəcək.

Fins.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E. Rüstəmovun sözlərinə görə, hazırda bankda olan əmanətlərin hesablanması prosesi gedir və bu vəsaitlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə əmanətçilərə qaytarılacaq.