28 Oktyabr

Ermənistan hakimiyyəti İlham Əliyevi İrəvana dəvət etdi

 

Ermənistan hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə dəvət edib.

 

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

 

“Rəsmi dəvət sənədləri hələ göndərilməyib, lakin biz onları şifahi olaraq ən yüksək səviyyədə iştirak etməyə dəvət etmişik. Hələ ki, təfərrüatları və ya başqa hər şeyi müzakirə etmək imkanı olmayıb”.

 

Firuzə Əliyeva

Sfera.az