Böyük Britaniyada yerləşən beynəlxalq texnoloji tədqiqat və analitik şirkəti olan “Omdia”nın baş tədqiqatçısı Heo Mu-yeol Seulda keçirilən konfransda “Apple”şirkətinin 2027-ci il üçün flaqman telefonunu “iPhone 20” adlandırmağı planlaşdırdığını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, “Apple” həmin dövrdə tək bir model deyil, bir neçə yeni cihaz təqdim etməyi planlaşdırır. Büdcə dostu “iPhone 18e” 2027-ci ilin birinci yarısında satışa çıxarılacaq.
Ardınca “iPhone 20”seriyası, ikinci nəsil qatlanan “iPhone” və ilin ikinci yarısında “iPhone Air” modelləri bazara təqdim olunacaq. Şirkətin “iPhone 19”-u buraxmaması, “Apple”ın nömrələmə ənənəsini bir daha təkrarladığını göstərir.
Xatırladaq ki, 2017-ci ildə 10 illik yubiley münasibətilə Apple “iPhone 8” ilə yanaşı iPhone X modelini təqdim etmiş, “iPhone 9”u isə atlamışdı. “Apple”ın “iPhone 20”ni 2027-ci ildə təqdim etməsi, ilk “iPhone” un satışa çıxarılmasından düz 20 il sonrakı tarixə təsadüf edir. Apple hələ rəsmi açıqlama verməsə də, sızan məlumatlar “iPhone 20” ilə markanın yeni dövrə başladığını göstərir.
Fidan Hacızadə
Sfera.az
