25 Oktyabr

Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar -TƏQVİM

Noyabrın 17-dən 2025-2026-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.

 

Sfera.az-ın məlumatına görə, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.

 

22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.

 

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.