25 Oktyabr

Əmisi oğlunun evində çalışan ustanıTOK VURDU

Beyləqanda əmisi oğlunun evində çalışan ustanı tok vurub.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb.
 

1982-ci il təvəllüdlü Şumanov Əhməd Arif oğlu evdə təmir işləri görərkən onu elektrik cərəyanı vurub.
 

O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəsarət alan şəxsin müalicəsinin reanimasiya şöbəsində davam etdiyini bildirib.
 

Faktla bağlı araşdırma başlanıb.