24 Oktyabr

Metronun bu stansiyalarında interval azaldılır

Bakı metrosunda Bənövşəyi xətt üzrə stansiyalarda qatarların hərəkət intervalı azadılır.

 

"Unikal"ın məlumatına görə, “Avtovağzal”-“8 Noyabr” mənzilində qatarların hərəkət intervalı 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

 

 

Metronun “Xocəsən” stansiyası istiqamətində isə qatarların hərəkət intervalı 16 dəqiqədən 10 dəqiqəyə kimi azaldılıb.

 

Xatırladaq ki, Bənövşəyi xətt üzrə hərəkət intervalının azaldılması test rejimində tətbiq edilir.