30 phrase_var_core.october

“AFB Bank”da yeni təyinatlar

“AFB Bank”ın İdarə Heyətinin (İH) sədri Akif Əsgərov vəzifəsindən azad edilib. Bu barədə fins.az-a bankdan bildirilib. Onun səhhəti ilə əlaqədar, öz ərizəsi ilə işdən çıxdığı bildirilir. Hazırda bankın İH-nə müvəqəti olaraq qurumun sədr müavini Natiq Namazov rəhbərlik edir. “AFB Bank”da daha bir dəyişiklik isə Müşahidə Şurasına (MŞ) yeni üzvün təyin edilməsidir. Belə ki, bankın səhmdarlarının noyabrın 5-də keçirilmiş iclasında Məmməd Cahangirov MŞ-na gətirilib. O, bundan əvvəl “Azərbaycan Beynəlxalq Bankı”nın filiallarından birinin rəhbəri olub.