Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio arasında bu həftə gözlənilən görüş təxirə salınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsünə istinadən CNN telekanalı məlumat yayıb.
"Ağ Evin sözçüsü CNN-ə bildirib ki, Rubionun rusiyalı həmkarı Sergey Lavrov ilə gözlənilən görüşü hələlik təxirə salınıb", - məlumatda deyilir.
Təxirə salınmanın səbəbləri hələ məlum deyil. Telekanalın mənbəsinin sözlərinə görə, Lavrov və Rubionun Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikirləri fərqlidir.