Gəncədə yaşlı kişi xəstəxana binasından yıxılaraq ölüb.
Sfera.az xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının travmatologiya şöbəsində qeydə alınıb.
İlkin məlumata görə, həmin şöbədə müalicə alan 1954-cü il təvəllüdlü Zahid Rzayev xəstəxanın ikinci mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.